AZ EN RU

İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir

İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.
Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə avqustun 4-ü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib.
Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, "Mossad" rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub.
Məlumatda deyildiyinə görə görüş zamanı belə bir nəticə əldə olubun ki, qabaqlayıcı tədbirlər yalnız İranın hücumu ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əmin olduqda mümkün ola bilər.
“Axios” portalı da bundan əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ dövlət katibi Antoni Blinken “Yeddilik” qrupunun xarici işlər nazirlərinə İran və “Hizbullah”ın yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

Nəşr edilib : 05.08.2024 07:55