AZ EN RU

İsmət Səttarov: Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür

Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, seçkiqabağı təşviqat məhz qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir.

Bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov avqustun 8-də media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.

İ.Səttarov bildirib ki, dövlətə məxsus yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalıdır.

Nəşr edilib : 08.08.2024 12:05