AZ EN RU

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğuayıb.

Xatırladaq ki, 7 fevral prezident seçkiləri çərçivəsində azad edilmiş ərazilərdə 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.

Nəşr edilib : 09.07.2024 16:27