AZ EN RU

İranın yeni Prezidentinin andiçmə mərasimi iyulun 30-da baş tutacaq

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.

"Şərq qapısı" xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusefi deyib.

Onun sözlərinə görə, yeni Prezident inauqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.

Nəşr edilib : 10.07.2024 14:20