AZ EN RU

İranda üçgünlük matəm elan edilib

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

10:33

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.

Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.

Agentliyin məlumatına görə, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.

07:19

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

Nəşr edilib : 31.07.2024 14:10