AZ EN RU

İranda həkim polis idarəsində döyülərək qətlə yetirilib

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb.

Məlumatı “RadioFarda” yayıb.

Qeyd edilib ki, o, şəhərdəki etiraz aksiyaları zamanı iki dəfə saxlanılıb. İ.Riqi birinci dəfə girov qarşılığında zaminə buraxılıb, ikinci dəfə isə polis bölməsində döyülərək öldürülüb.

Məhkəmə tibbi ekspertizası onun meyitinə baxış zamanı paltarının cırılmış halda olduğunu və döyülərək öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, gənc həkimin Zahidanda keçirilən etiraz aksiyaları zamanı yaralananlara tibbi yardım etdiyi bildirilib.

Nəşr edilib : 24.02.2023 12:49