AZ EN RU

İran XİN: ABŞ və bəzi Avropa ölkələri regionda qeyri-sabitliyə səbəb olublar

ABŞ və bəzi Avropa ölkələri regionda qeyri-sabitliyə səbəb olublar.

Bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Suriyanın xarici işlər naziri Feysəl Əl-Mikdad ilə avqustun 7-də baş tutan telefon danışığı zamanı deyib.

O, ABŞ və Avropa dövlətlərini terrora dəstək verməkdə ittiham edib.

Nazirlər, həmçinin HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə ediblər.

Nəşr edilib : 07.08.2024 14:23