AZ EN RU

İran Prezidenti COP29-a dəvət olunub

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.

Baş nazir Əli Əsədov bu gün İran Prezidenti Məsud Pezeşkianla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Nəşr edilib : 31.07.2024 10:33