AZ EN RU

İran hərbi gəmisi qəzaya uğrayıb

İSNA-nın verdiyi xəbərə görə, “Sahand” freqatı Bəndər-Abbas limanı yaxınlığındakı hərbi dəniz bazasında qəzaya uğrayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə 2018-ci ildə İran Hərbi Dəniz qüvvələrinin sərəncamına verilmiş gəminin çevrildiyi və əksər hissəsinin suya batdığı görünür.

ISOICO şirkətinin baş direktoru Salman Zarbi qəzanın baş verdiyini təsdiqləyib. Bunun səbəbinin isə təmir zamanı gəminin balans çənində problemlərin yaranması və ya təmir zamanı şaxtadan freqata su daxil olması ehtimalı olduğu bildirilib. Salman Zarbi gəminin Sudan çıxarılaraq təmir edilməsinin mümkün olduğunu da söyləyib.

Nəşr edilib : 07.07.2024 17:36