Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Qeyd edək ki, yarışda 23 komanda iştirak edib. Maraqlı keçən oyunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Financier” komandası yarışın qalibi adını qazanıb.
Sonda qalib gəlmiş komanda üzvlərinə hədiyyə və sertifikatlar təqdim edilib.
Xəbərlər şöbəsi