AZ EN RU

İnşa yazı müsabiqələri və olimpiyadalarda şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində muxtariyyətimizin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər davam etdirilib. Belə tədbirlər sırasında  inşa yazı müsabiqələri və olimpiadalar da var. Həmin dövr “Naxçıvanın dünəni və bu günü”, “Doğma diyarım, Naxçıvan”, “Naxçıvan – mənim doğma yurdum”, “Al şəfəqli məmləkətim – Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası – 100”, “Tarixlərdə yaşayan Naxçıvan”, “Naxçıvanım – doğma diyarım”, “Qədim diyar Naxçıvanım”, “Ulu yurdum Naxçıvanım”, “Mənim doğma Naxçıvanım”, “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan muxtariyyətinin rolu”, “Qəhrəmanlar diyarı Naxçıvan”, “Naxçıvanım – nur diyarım”, “Muxtariyyətin 100 illi”, “Təbiət və sən” və “Çiçəklənən Naxçıvanım” mövzularında inşa yazı müsabiqələrində şagirdlər doğma Naxçıvanımızın şərəfli tarixi, qəhrəman övladları, qədim diyarımızda dövlətçiliyimizin qorunması və sair mövzularda şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər.

Həmçinin 100 illik yubileyi münasibətilə V-VIII sinif şagirdləri arasında Nəsirəddin Tusi fizika-riyaziyyat olimpiadasının məktəb, şəhər (rayon) və muxtar respublika turları təşkil olunub. Qeyd edək ki, 35 şagird qalib adını qazanıb. Qeyd edək ki, qaliblər nazirliyin təşkilatçılığı ilə Naxçıvan Gənclik Mərkəzində keçirilən Naxçıvan Riyaziyyat Müəllimlərinin 1 Təhsil Forumunda mükafatlandırılıblar.

Bülbül QULİYEVA

Nəşr edilib : 13.08.2024 14:45