AZ EN RU

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın açıq səması altında təşkil edilən ziyafətdə Azərbaycan milli mahnıları və rəqsləri ifa olunub, qonaqlar milli mətbəximizin ləziz təamlarından dadıblar. “Yallı” rəqsinin ifası isə bir daha xalqımızın həmrəyliyini, birliyini, sülhsevərliyini nümayiş etdirib. Milli mahnı və rəqslərimiz iştirakçılarda xoş ovqat oyadıb.

Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Forum iyulun 22-dək davam edəcək

Nəşr edilib : 20.07.2024 20:56