İyunun 3-də IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə keçiriləcək imtahanda 14683, iyunun 4-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 28864 nəfər olmaqla, ümumilikdə 43547 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlar respublikanın 18 şəhər və rayonunda təşkil ediləcək.