AZ EN RU

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  I və IV ixtisas qrupları üzrə  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilir. Həmçinin III qrup üzrə DT və TC  altqruplarının hər ikisini seçənlər üçün coğrafiya  fənni üzrə əlavə imtahan da təşkil olunacaq.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 binada keçirilən imtahanlara, ümumilikdə, 830 abituriyentin buraxılması nəzərdə tutulub. İmtahanın idarə olunmasına 11 rəhbər, 86 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edəcək.
Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

Bülbül QULİYEVA

Nəşr edilib : 14.07.2024 09:00