AZ EN RU

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  I və IV ixtisas qrupları üzrə  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda  təşkil edilib. 
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə, 830 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 11 rəhbər, 86 nəzarətçi ayrılıb. 
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Bülbül QULİYEVA

Nəşr edilib : 14.07.2024 13:03