AZ EN RU

“Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi konfrans keçirilib

    Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev xalqımızın Ümummilli Liderinin milli elmin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin elm siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
   Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov Azərbaycanın elmi potensialının formalaşması və gücləndirilməsində, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiq imkanlarının genişləndirilməsində, Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna və misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev respublikamızda elmin və texnikanın inkişafına hər zaman hərtərəfli diqqət və qayğı göstərib və bu ənənələr bu gün də davam etdirilir.
    Sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə 
əlaqələr bölməsi

Nəşr edilib : 21.06.2023 19:36