AZ EN RU

"Həyat bəxş et" şüarı altında keçirilən qanvermə aksiyası başa çatıb

Əvvəlcədən də xəbər verdiyimiz kimi, bu gün muxtar respublikada Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası təşkil olunub. 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən "Şərq qapısı" na verilən məlumata görə, aksiya Naxçıvan şəhəri üzrə 3 məsciddə və rayon mərkəzi xəstəxanalarında həyata keçirilib. "Həyat bəxş et" şüarı altında keçirilən aksiyada vətəndaşlar olduqca fəal iştirak ediblər. Könüllü aksiyada ümumilikdə, 359 nəfərdən götürülən 179,5 litr qan "Qan Bankı və Qan Köçürmə Mərkəzi" Publik Hüquqi Şəxsinə təhvil verilib.

Nəşr edilib : 16.07.2024 16:31