AZ EN RU

Hərbi hissədə qanvermə aksiyası təşkil edilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında hərbi hissənin şəxsi heyəti iştirak edib.

Qanvermə aksiyasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-tibb heyəti tərəfindən donorların sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılandan və sertifikatlaşdırılandan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.

Nəşr edilib : 11.07.2024 17:21