AZ EN RU

HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqləyib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.

Bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.

“HƏMAS [Qəzzadakı] Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir”, – bəyanatda deyilir. HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.

O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.

Nəşr edilib : 07.07.2024 20:26