AZ EN RU

"Hədəflər və maneələr" adlı şəxsi inkişaf təlimi təşkil olunub

Gənclərin şəxsi inkişafı yönümündə keçirilən tədbirlər davam edir.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Texniki Kollecinin dəstəyi ilə beynəlxalq kouç, şüuraltı ilə iş üzrə ekspert və şəxsi inkişaf üzrə konsultant kimi fəaliyyət göstərən İlahə Bağırovanın "Hədəflər və maneələr" adlı şəxsi inkişaf təlimi  təşkil olunub. Təlimə başlamazdan öncə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları salamlayaraq tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumat verib.  Daha sonra İlahə Bağırova iştirakçılara hədəflər və maneələr mövzusunda interaktiv təlim keçib, gənclərə hədəfləri necə düzgün müəyyənləşdirməli, hədəflərə doğru addımları necə atmalı, hədəflərimizə gedən yolda maneələr və onları idarə etmək və sair kimi önəmli mövzularda faydalı məlumatlar verib. Diskussiya formatında keçən tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, təlimdə 100 nəfərdən çox gənc iştirak edib.

Bülbül Quliyeva

Nəşr edilib : 06.08.2024 16:33