AZ EN RU

"Heç kim Ukraynanın NATO-ya daxil olmasına zəmanət vermir"

"Şərq qapısı" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bildirib. 

Ukraynanın alyansa zəmanətli daxil olması üçün heç bir tarix yoxdur. Bununla belə, o, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsini gələcək üzvlük üçün ciddi əsas hesab edir. Bundan əvvəl o, Kiyevin 10 il ərzində bloka qoşulacağına ümid etdiyini qeyd etmişdi.

Ukraynanın NATO-dakı missiyasının rəhbəri Nataliya Qalibarenko bildirib ki, Kiyev alyansa tez qoşulmaq niyyətində deyil, lakin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə “dönməz” təklif alacağını gözləyir.

Nəşr edilib : 08.07.2024 11:15