AZ EN RU

Hakan Fidan: ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir

ABŞ-dəkı prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində deyib.

Amma o, bundan əmin olmadığını diqqətə çatdırıb: “Bəlkə, müharibənin tempində yavaşlama olacaq. İctimai rəy artıq formalaşıb. Bu müharibə iki il yarımdır davam edir. Hər kəs öz limitlərini görür. Nüvə silahı tətbiq olunmadan hara qədər gedə bilinəcəyini də hər kəs anlayıb. Artıq hesab- kitab vaxtıdır”.

Xatırladaq ki, bu ilin noyabr ayında ABŞ-də prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, Ukraynadakı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Nəşr edilib : 01.08.2024 10:43