AZ EN RU

Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı

2024-cü ilin birinci yarısında Gürcüstandan 139 əcnəbi çıxarılıb.
Gürcüstan mediası xəbər verir ki, deportasiya edilənlərdən 28 nəfəri Azərbaycan, 16-sı İran, 14-ü İraq, 11-i Çin və Hindistan vətəndaşlarıdır. 
Ölkədən çıxarılanlar arasında Ermənistan, Tacikistan, Rusiya, Türkmənistan və digər ölkələrin vətəndaşları da var.

Nəşr edilib : 04.08.2024 19:43