AZ EN RU

Gənclərlə görüş keçirilib

Avqustun 12-də Müvəkkil təsisatında muxtar respublikanın bir qrup gənci – gənc müharibə veteranı, şəhid övladı, dövlət qulluqçusu, istedadlı tələbə, idmançı, jurnalist və sağlamlıq imkanları məhdud gənclərlə görüş keçirilib.
Beynəlxalq Gənclər Gününə həsr edilmiş görüşdə Müvəkkil Günay Rzayeva, Müvəkkil aparatının əməkdaşları, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, filialın əməkdaşları, gənclər və media nümayəndələri iştirak ediblər.
Müvəkkil Günay Rzayeva Beynəlxalq Gənclər Günü ilə bağlı gəncləri təbrik edərək ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti barədə tədbir iştirakçılarına məlumat verib.
Dövlət gənclər siyasətinin Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini vurğulayan Müvəkkil ötən dövr ərzində gənclərin hüquqlarının müdafiəsi istiqamətində ölkəmizdə mühüm qanunvericilik bazasının formalaşdırıldığını, ölkə başçısı tərəfindən qəbul olunmuş Dövlət proqramlarının icrasının muxtar respublikada təmin edildiyini, gənclərin sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdırıb. 
Sonra Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda təhsil və karyera sferasında davamlı inkişaf üçün yaradılan geniş imkanlar nəticəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərimiz dövlət və yerli özünidarə orqanlarında, eləcə də  özəl sektorda məsul vəzifələrə cəlb edilir, ölkəmizin xoşbəxt gələcəyi naminə irəliyə doğru inamla addımlayırlar.
Daha sonra Ombudsman aparatı tərəfindən hazırlanmış ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda muxtar respublikada fəallığına görə fərqlənən gənclərə Müvəkkil tərəfindən təbriknamələr təqdim edilib, xatirə fotosu çəkilib.

Nəşr edilib : 12.08.2024 16:27