AZ EN RU

Füzuli və Şuşa məktəblərində icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyət göstərməsi planlaşdırılır

2024-2025-ci tədris ilindən etibarən Füzuli, ehtiyac yarandığı təqdirdə isə Şuşa şəhərində məktəblərin daxilində icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyət göstərməsi planlaşdırılır.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdən hazırda Ağalı, Talış kəndində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Həmçinin Sus və Zabux kəndlərində bağçaların açılması nəzərdə tutulur.

Nəşr edilib : 09.07.2024 15:29