AZ EN RU

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına yekun vurulub

"Şərq qapısı" xəbər verir ki, bu gün yarışların bütün medalçıları bəlli olub.
Final görüşündə isə Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Cənubi Koreya idmançısı Park Te Conla üz-üzə gəlib. Gərgin keçən döyüşdə idmançımız zədələndiyi üçün tibbi yardım almaq məcburiyyətində qalıb. Zədəsi ucbatından Park Te Cona 0:2 hesabı ilə məğlub olan (0:9, 1:13) Qaşim ölkəmizə Olimpiadanın gümüş medalını qazandırıb.

Nəşr edilib : 08.08.2024 00:16