AZ EN RU

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib

"Şərq qapısı" xəbər verir ki, onun bu çıxışı BFMTV tərəfindən yayımlanıb.
Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini dərc etdikdən sonra deyib: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”. 
O həmçinin lazım olduğu qədər hökumət başçısı vəzifəsini icra etməyə hazır olduğunu deyib.

Nəşr edilib : 08.07.2024 11:14