AZ EN RU

FHN naziri Babəkdə vətəndaşları qəbul edəcək

25 iyul 2024-cü il tarixində Naçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Babək rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbula gələn vətəndaşların qeydiyyatı 24 iyul 2024-cü il tarixində saat 10:00-dan 13:00-a kimi Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcəkdir. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur. 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Nəşr edilib : 22.07.2024 18:33