AZ EN RU

Fərid Qayıbov: Olimpiadada yaxşı nəticələr əldə etmək üçün çalışırıq

Medallar haqqında danışmaq istəmirəm. Bütün federasiyalar, məşqçilər, idmançılar - hamımız ölkəmiz, vətənimiz üçün yaxşı nəticələr əldə etməyə çalışırıq.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı danışarkən deyib.

Nazir Azərbaycan komandasının bayraqdarının hələlik bəlli olmadığını vurğulayıb: "Bir neçə gün sonra müəyyənləşəcək".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək.

Nəşr edilib : 05.07.2024 16:07