AZ EN RU

Faktiki hava: Dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 15:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə və Şəmkirdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Daşkəsəndə saniyədə 20-25, Goranboy 19, Naftalanda 16 metrədək güclənib.

Nəşr edilib : 31.07.2024 16:28