AZ EN RU

Ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici tədbir

    2 fevral – Ümumdünya Su Bataqlıq Əraziləri Günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Arazboyu Dövlət Təbiət Yasaqlığının Araz Su Anbarı ətrafında tədbir keçirilmişdir. Tədbir zamanı əvvəlcə iştirakçılara günlə bağlı geniş məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Sonra iştirakçılar xüsusi teleskop və binokl vasitəsilə ərazidə məskunlaşmış ornitofauna növlərini müşahidə etmişlər. Müşahidə zamanı iştirakçılara müxtəlif növlər haqqında məlumatlar verilmişdir. 
    Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin rolunun artırılmasıdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.02.2023 11:18