AZ EN RU

“Estafet” Gənclərin İctimai Birliyi Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən cari ilin 16 aprel-10 may tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibləri müəyyən edilmişdir.
Fondun Müşahidə Şurasının 17 iyul 2024-cü il tarixli Qərarına əsasən 62 yerli, 11 beynəlxalq layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir.
Qeyd edək ki, qrant müsabiqəsinin qaliblərinin siyahısında Naxçıvanda fəaliyyət göstərən “Estafet” Gənclərin İctimai Birliyi də var. İctimai Birlik “Plogging Birinciliyi” layihəsi ilə qalib olub və 6 min manat qrant qazanıb. 
Müsabiqənin məqsədi ümumi ekoloji maarifləndirmə və tərbiyə işinin təşkili, ekoloji sahədə könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29 – İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək məqsədilə irəli sürülən təşəbbüslərin dəstəklənməsi, ekoturizmin inkişafı sahəsində tədbirlərin təşkili, iqlim həllərində rəqəmsal alətlərdən və süni intellektdən istifadə olunmasının təşviqi, işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji terrorun beynəlxalq müstəvidə tanıdılması üzrə təşəbbüslərin dəstəklənməsi və yerli ekoloji problemlərin həllinə yönəldilmiş tədqiqatçılıq fəaliyyətinin təşviqi üçün gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində maliyyələşdirərək onların səmərəli fəaliyyətini stimullaşdırmaqdır.
Onu da qeyd edək ki, İctimai Birlik bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə qrant müsabiqəsinin də qalibi olmuşdu.

Nəşr edilib : 25.07.2024 22:30