AZ EN RU

Ermənistan XİN başçısı Nyu-Yorka işgüzar səfər edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfər edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan "X"də yazıb.

O qeyd edib ki, A.Mirzoyan 15-16 iyulda Nyu-Yorkda keçiriləcək və Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində iştirak edəcək.

"Səfər çərçivəsində ikitərəfli görüşlər və digər tədbirlər də planlaşdırılır", - məlumatda bildirilib.

Nəşr edilib : 15.07.2024 14:29