AZ EN RU

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.

"şərq qapısı" xarici mediaya istinadla xəbər verir ki, “Eagle Partner 2024” adlı təlimlər Ermənistanda keçirilir.

Təlimlərdə Ermənistan silahlı qüvvələrinin, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Kansas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Birgə təlimin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.

Nəşr edilib : 15.07.2024 15:51