AZ EN RU

Ermənilərin Qərbi Azərbaycan ərazisi yer adlarından “Tarix” oğurluğu

Tarixi qaynaqlarda adı eradan əvvəl III yüzillikdə düşən və bu gün belə xalq kimi mövcud olmayan ermənilər, tariximizə sahib çıxmaqla özlərini “qədim tayfa” kimi dünya ictimaiyyətinə göstərməyə çalışırlar. Onların kimliyi, ərazilərimizdə hansı tarixdə məskunlaşaraq tarix oğurluqlarına faktlar əsasında nəzər salmaq istərdik. 
1820-ci illərdən I Pyotrun vəsiyyəti ilə rus siyasəti nəticəsində ərazilərimizə köçürülən ermənilər öncə Göyçə mahalında 6 kəndə yerləşdirilmiş, 1849-cu ildə I Nikolayın sərəncamı ilə bu ərazi “Erməni əyaləti” adlandırılmışdır. İslam dinini qəbul etdiyimizdən sonra qədim Azərbaycan türkləri Koman, Qıpçaq, Xaçmataq, Skif, Sarmat, Kimmer kimi tayfalarımıza məxsus boş qalmış Tanrı məbədləri, qədim türk yazılı daşlarının qorunduğu bu vənglər – Bəngü taş-yazılı daşlar, yenicə Tanrıçılıq üzərində formalaşmış xristian ermənilərinə verilmişdir. “Qafqazı xristianlaşdırmaq və yerli əhalini deportasiya etmək” siyasi oyunundan bəhrələnən əsl adları “friq, briq” olan “ermənilər” Çar Rusiyasının nəzarəti altında qədim türk Ərmən tayfalarının tarixinə yiyələnmişlər. Onlar tarixboyu bu ərazilərdə olmamış, Balkanlardan qovularaq xristian dövlətlərinin köməyi ilə qədim ərazilərimizdə yerləşmişlər.
Tarixi mənbələr bütöv Azərbaycan (Şərq, Qərb, Şimal, Cənub) və Türkiyə torpaqlarında ermənilərin yerli sakinlər olmadığını göstərir. Bu ərazilər eradan əvvəl VIII minillikdən bu günə qədər prototürk tayfalarının ana yurdu olmuş, bu yurdlardakı məntəqə adları – oykonimlər qədim türklərin adını daşımışdır. Ermənilər siyasi yolla bu ərazilərdə məskunlaşdırılaraq öncə eradan əvvəl VI-I minilliklər arası ərazilərimizdəki türk tayfa adlarını, dini inanc və türk sənəti ilə bağlı adları özlərinə ad və soyad kimi götürmüş, bu prosesdə qədim türk tayfalarımızın arxeoloji mədəniyyətini də dünyaya erməni mədəniyyəti kimi təqdim etməyə çalışmışlar. Öncə As, Kas, Kuti, Koman, Kaspi, Sak, Maq, Gel, Kimmer, Qazan, Şirak kimi yüzlərlə türk tayfa adlarının sonuna “yan” şəkilçisi artıran ermənilər, Asaturyan, Kasaryan, Kutiyan, Komanyan, Kasparyan, Saakyan, Manqaçuryan, Giləyan, Kamaryan, Qaziyan, Şirakyan kimi adlarla özlərinə “qədim tarix” yaratmışlar. Bu tayfalarla bağlı məntəqələr bu gün də Türkiyə, Orta Asiya, Altay, Krım, Sibir və sair türk ərazilərində Asbulaq, Astabad, Askalan, Kasan, Kaskalan, Kaspi, Kasli, Sakar, Saki, Manqut Manqan kimi yüzlərlə coğrafi adlarda yer alır.  Təbii ki, ermənilər bu türk ərazilərində məskun olmamış, bu tarixi faktlar isə onların tarix oğurluğunu təkzib edən əyani sübutlardır. Bununla bərabər, onlar qədim Azərbaycan tayfa inanclarındakı Xuda, Allah adlarından Xydayan, Allahverdiyan, “Dədə Qorqud” adından Qorqudyan, məişətimizlə bağlı sözlərimizdən Dəmirçiyan, Qaziyan, Bağdasaryan, Arzumanyan, Balayan, Babayan, Köçəryan, Çaparyan kimi yüzlərlə soyad-familiya düzəltmişlər. Onlar bu sözlərlə türk-Azərbaycan tarixi və dilini “erməniləşdirməyə” səy etmiş, Azərbaycan və ümumtürk adlarına yönəlmiş bu siyasi oyun, türk tarixinə bir təhqir və ləkə olmasına baxmayaraq, beynəlxalq aləm, əsasən də, xristian aləmi bunu sükutla qarşılamışdır. 
Göstərilən bu adlar ümumtürk arealında bütün türk inancı, məişəti və adlarında qədim daş yazılarda hazırda da qalmaqdadır. Bu tayfalar, onların inancları və məişəti Herodot, Strabon, Klavdi Ptolomey, Korneliy Tatsit, Kvint Krutiy Ruf, İosif Flavi və başqa antik müəlliflərin yazılarında türklərə aid adlar kimi göstərilmişdir. Təbii ki, bütün Türk dünyasının dili, tarixi və coğrafi adlarını ermənilər yaratmamışlar. 
Bundan sonra onlar bu tayfa adlı məntəqələrə sahib çıxmağa çalışaraq adlara qədim türk sözləri berd – “qala”, ban/van – “uca, min”, bat/pat – “bölgə, yurd”, kap – “ölkə”, kan – “məkan”, ked/qut/kerd – “güclü, geniş”, şad – “rütbə” (Kürşad, Elşad, Ərşad kimi), şen – “şenlik, yaşayış yeri” zor/zur – “işıq” kimi qədim türk sözlərini artırmaqla guya “erməni dilinə” çevirmişlər. 1920-1990-cı illər kənd adlarımız Ağsakı-Bazmaberd, Gülüstan-Nor Aznaberd, Çiydəmli-Azatavan, Baş Abaran-Aparan, İlxiyabi-Ayqabats, Ağkənd-Aşotavan, Ağkilisə-Cermakavan, Hacı Bayram-Baqaran, Boğazkənd-Dzorakap kimi adlarla əvəzlənmişdir. Bunun ardınca Sarumlu – Sarapat, Kiçik Keti – Pokraşen, Xaçadur – Tsaxkaşat, Busdoğan – Sarakap, Kəngan – Hatiskap, Qacaran – Kasaran, Arzakənd – Arzakan, Dornı – Antaraşat, Uz – Uyts, Avdavağalı – Vağaşen, Astazur – Şvanidzor kimi yüzlərlə adlar da dəyişdirilmişdir. Burada Saybalı – Sarnakunq, Dorabas – Darbas, Saxmaq – Kamxut, Moqes – Kaxnut, Samanqar – Geğakert kimi adlarda isə As, Kuti, Dor, Bus, Şar, Maq, Kanq/Kəngər, Qas/Kas, Xaçmataq, Kuti kimi tayfa adlarından yaranmış məntəqə adları da “erməniləşdirilmişdir”. 1727-ci ilin “İrəvan əyalətinin icmal dəftəri” sənədində göstərilən bu cür 668 məntəqə adları türk sözləri ilə “eməniləşdirilmiş”, 254 kəndi isə tamamilə dağıdılmışdır. Bu kəndlərdə məskun olan Kəngərli, Hürülü, Muğanlı, Bəydili, Bayandur, Xəzər, Qıpçaq, Sakiabad, Oğuzdaş, Şeyikli, Bayat, Reyhanlı, Dünbülü, Qaraqoyunlu kimi 363 türk tayfaları idi ki, burada erməni adı çəkilmir, bu, sadəcə, bir tarix oğurluğudur. 
1820-ci ildən sonra ərazidə yerləşdirilmiş ermənilər, As, Bus, Şar/Şirak, Maq və sair türk tayfa adları ilə Azərbaycan türklərinin qədim toponimyaradan pat/bat (Astabat, Qızıl Arbat, Aşqabat), şen (Buğdaşen, Hürmeşin) kimi leksik vahidlərini də özlərinə aid etmişlər. Diqqət etsək, ermənilər bu ad göstəricili Buğdaşen məntəqə adını Baqravan, Culoykan məntəqə adını Beniamin kimi adlarla şen, kan sözlərini də dəyişdirmişlər ki, deməli, bu sözlər erməni dilində deyildi. Bu mənbədə türk tayfa adlı coğrafi adlar ümumtürk adlar sistemində tam təkrarlanırsa, o zaman ermənilər ilk etnik qrup şəklində harada olmuşlar, hansı dilə, mədəniyyətə sahib idilər və adları nə idi? Bu istiqamətdə biz heç bir türk mənbələrinə istinad etmədən yalnız əcnəbi mənbələrindəki tarixi faktları oxucuların nəzərinə çatdırmaq istərdik. 
Balkan yarımadasındakı Frakiya ərazisində eradan əvvəl II-I yüzilliklərdə kiçik etnik qrup olan friq-briqlər oğurluq, quldurluqla məşğul olub, çox pis məişət adətlərində idilər. İndi özlərini “qədim mədəniyyətə sahib xalq”, Qafqazda “yerli tayfalar” kimi göstərməyə çalışan friq-briqlər eramızın ilk yüzilliyinə qədər nə hazırkı Kiçik Asiya-Türkiyə, nə də Qafqazda, Azərbaycan ərazilərində məskun olmuşlar.
Herodot özünün “Tarix” əsərində qeyd edir ki, frakiyalı-friq (briqlər) Balkan yarımadasında yaşayırlar. Onlar Kiçik Asiya-Türkiyə ərazilərinə eradan əvvəl I yüzilliyin sonunda Frakiyadan gəlmiş,  hind-Avropa dilli, frakiyalılara qohum dilli etnik qruplardır. Burada Frakiya Şimal Yunanıstanın kiçik bir əyaləti kimi Skif və Makedoniyanın sərhədində göstərilir. Herodot qeyd edir ki, eradan əvvəl II əsrin əvvəllərində istər Lidiya çarı Aliatta, istərsə də fars çarı I Daranın oğlu Qistasb dövründə Frakiya onların əsarəti altında idi. “Ümumdünya tarixi” də Frakiya ərazisini indiki bolqarların kiçik bir hissəsi olduğunu, friqlərin Qalis çayından qərbdə Sanqariya çayı ətrafında Frakiyada balkanlarda yaşayan etnik qrup kimi göstərir. 
Bəs necə olub ki, öz adətləri (atanın qızı ilə, qardaşın bacısı ilə evlilikləri və sair), davranışları və soyğunçuluqları nəticəsində skiflər tərəfindən eradan əvvəl II-I əsrlərdə balkanlardan qovulmuş friq-briqlər, adlarını dəyişdirib “hayas”, “erməni” etdilər?  Bununla bərabər, əgər onlar eradan əvvəl II-I əsrlərdə oradan qovulublarsa, qədim türk əraziləri İrəvan, Qarabağ, Zəngəzur, Dügər, Qağızman başqa ərazilərdəki eradan əvvəl IV-III minilliyə aid arxeoloji mədəniyyət nümunələrini necə yarada biliblər? Buradakı eradan əvvəl V minilliyə aid qədim As, Bastul Turdetan əlifbası ilə yazılmış daş yazı və məzarlıq yazılarına utanmadan necə sahib çıxıb, 5 min il qabaq tarixdə olmadan bu türk mədəniyyətini internet saytlarında “qədim erməni mədəniyyəti” kimi necə təqdim edirlər? Bu tarixi faktlar ermənilərin tarix, mədəniyyət oğurluğunun tam sübutudur. 
Erməni müəllifi Q.A.Kapansyan yazır: “Biz balkanlardan gəlib Hett dövlətinin Hayasa əyalətində “friq” adımızı itirib “Hayasa”, IV əsrdə isə Ərmən yaylasına köçərək “erməni” olduq. Eyni fikir və tarix D.Makkartinin də yazılarında təkrarlanır. Erməni tarixçisi G.Kerovpyan  isə yazır ki, hind-Avropa mənşəli erməni köçərilər Türkiyə və Azərbaycan ərazilərinə XIX əsrdə gəlmə tayfalardır. Erməni Abekyan Manuk da bu proses haqqında yazır: “Ermənilərin əcdadları kimdir, nə vaxt, haradan bu ərazilərə gəliblər, bizim ulular kimdir, onların dilinə kim, necə təsir edib? Təəssüf ki, əlimizdə bunları təsdiq edən heç bir tarixi fakt yoxdur”. Erməni tarixçisi R.G.Hovanesyan isə erməni tarixçilərinin uydurmaları haqqında yazır: “Qədim zamanlardan bu günə, Klikiyadan Qafqaza qədər erməni torpağı olmayıb”. 
Bu tarixi faktlar göstərir ki, ermənilər sığındıqları Het dövlətinin Hayasa əyalətində adlarını dəyişib “hayasa” adlanmış, Türk ərmən yaylasında isə ərmən və hürrü türklərinə sığınmaqla “hayasa” adını dəyişib “erməni” adlanmış, bu adlarla da özlərinə “tarix” yaratmağa çalışmışlar. Amerika alimi Samuel. A.Uimzin erməniləri bu oğurluqları haqqında yazır: “Son iki min il ərzində ermənilərin öz torpağı olmayıb. Onlar indi tarixin zibil qutusundan özlərinə tarix axtarırlar”. 
Bütün bu tarixi faktlar Türkiyə və Azərbaycan ərazilərinə ermənilər gəlmə tayfalar olduğunu, onların bu ərazilərdə heç bir tarixi olmadığını, qədim tayfa adlarımızı özlərinə soyad-familiya götürməklə saxta “tarix” yaratdıqlarını tam olaraq sübut edir. 

Firudin RZAYEV
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 03.08.2024 14:52