AZ EN RU

Erməni spiker MDB Parlamentlərarası Assambleyanın iclasında iştirak etməyəcək

Erməni spiker MDB Parlamentlərarası Assambleyanın iclasında iştirakdan imtina edib.

"Şərq qapısı" xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin köməkçisi Movses Arutyunyan bildirib.

Onun sözlərinə görə, parlamentin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyanın iclasında iştirak etməyəcək.

Nəşr edilib : 09.07.2024 15:27