AZ EN RU

“Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği” mövzusunda maarifləndirici təlim keçirilib

Növbəti maarifləndirici təlimdə hər iki valideynin uşağa qayğı göstərməsinin əhəmiyyətindən və gender balansının qorunmasından danışılıb.
BMT-nin CEDAW Komitəsinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov və psixoloq Rövşən Nəcəfov çıxış ediblər. Çıxışlarda valideynlərin ailədə və övladlarının tərbiyəsində rolu, uşaqların tərbiyəsində kişi və qadınların, eləcə də cəmiyyətin birgə məsuliyyəti, ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsi, kişi və qadınların öz övladlarının tərbiyəsində və inkişafında uşaqların mənafeyini bütün hallarda üstün tutmaq şərtilə birgə məsuliyyətləri və digər məsələlərə toxunulub.
Diskussiya şəraitində keçən təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif qurumları təmsil edən nümayəndələrin məsələ ilə bağlı təklifləri də dinlənilib.
Təlimin sonunda maarifləndirici broşür və vasitələr paylanılıb, sosial çarx nümayiş olunub. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 18.07.2024 10:25