AZ EN RU

Ərdoğan: Türkiyə lazım gələrsə Şimali Kiprdə dəniz bazaları yaradacaq

"Türkiyə, lazım gələrsə, Kiprin şimalında öz hərbi dəniz bazalarını yaradacaq". 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü türk ordusunun Şimali Kiprə enməsinin 50-ci ildönümü ilə əlaqədar qeyd etmələrin keçirildiyi Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfərindən sonra bildirib.

Yunanıstanın öz hərbi dəniz bazasını Kipr Respublikası ərazisində yerləşdirmək planları ilə bağlı sualı cavablandıran Ərdoğan deyib: "Lazım gələrsə, Kiprin şimalında öz hərbi dəniz bazalarımızı və hərbi dəniz strukturlarımızı yaradacayıq". 

Türkiyə Prezidenti təkrarlayıb ki, Kipr probleminin həlli yalnız adada iki dövlətin mövcudluğu faktını tanımaqla mümkündür. 

"Hər gün daha aydın olur ki, iki dövlət modeli Kipr probleminin yeganə həlli yoludur", - Ərdoğan qeyd edib.

Nəşr edilib : 21.07.2024 15:23