AZ EN RU

Ərdoğan ABŞ-yə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-11 iyul tarixlərində baş tutacaq NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.

Anadolu Agentliyi xəbər verir ki, Türkiyə lideri toplantıda bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya getmişdi.

Nəşr edilib : 07.07.2024 22:30