AZ EN RU

Elçin Məmmədov: Prokurorluq orqanlarının seçkilərlə bağlı vəzifəsi şikayətləri araşdırmaqdır

Prokurorluq orqanlarının seçkilərlə bağlı vəzifəsi şikayətlərə baxmaqdır.

Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə "Seçki iştirakçılarının hüquqlarının pozulması və qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət tədbirləri" haqqında danışarkən deyib.

O qeyd edib ki, seçkilərin təşkilində iştirak edən qurumlar müstəqil fəaliyyət göstərir: "Məsələn, 2015-ci il parlament seçkilərində seçki hüquqlarının pozulması ilə əlaqədar prokurorluq orqanlarına 23 şikayət daxil olmuşdu və onların hər biri ayrı-ayrılıqda araşdırılmışdı".

Nəşr edilib : 10.07.2024 12:32