AZ EN RU

“Ekoloji problemlərin həllində gender yanaşması” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ordubad rayonunun Vənənd kəndində “Ekoloji problemlərin həllində gender yanaşması” mövzusunda tədbir keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Qiymət Hacıyeva tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva bildirib ki, bu gün dünyanı narahat edən ekoloji problemlərin aradan qaldırılmasına və iqlim dəyişmələri ilə mübarizəyə qadınlar və kişilər eyni dərəcədə əhəmiyyətli töhfə verməyə çalışırlar. Eyni zamanda baş verən iqlim dəyişmələri beynəlxalq ziddiyyətləri kəskinləşdirdiyi kimi gender sahəsində bərabərsizliyə də təsir edir. Sevindirici haldır ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfə beynəlxalq səviyyədə təqdir olunur. 
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış 23 broşür paylanılıb.

Nəşr edilib : 25.07.2024 17:10