AZ EN RU

Ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi  ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirir. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin konservatoriya binasında  keçirilən imtahanda 15 namizədin iştirakı gözlənilir. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edəcək. Qeyd edək ki, namizədlər imtahanı bitirdikdən sonra nəticələri haqqında məlumatla tanış ola biləcəklər.

Bülbül Quliyeva

Nəşr edilib : 21.07.2024 09:07