AZ EN RU

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib

Bu gün  Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib.
 “Şərq qapısı” xəbər verir ki, A növü üzrə imtahan Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında  kompüterlər vasitəsilə keçirilib. İmtahanda 8 dövlət qulluqçusu iştirak edib. 
Həmçinin B növü üzrə imtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində də  kağız daşıyıcılar vasitəsilə keçirilib. İmtahanda 30 dövlət qulluqçusu iştirak edib.  İmtahanın keçirilməsi üçün 1 imtahan rəhbəri və 4 nǝzarətçi cəlb edilib. Qeyd edək ki,  imtahan saat 10:00-da başlanıb,   2 saat 30 dəqiqə müddətində davam edib.
Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında    keçirilən imtahanda 36 namizəd iştirak edib. İmtahanın  idarə olunması  üçün 1 imtahan rəhbəri və 4 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 10:00-da  başlanıb və 3 saat davam edib.


Bülbül QULİYEVA

Nəşr edilib : 11.08.2024 13:09