Naxçıvanda bu il təhsil sahəsində bəzi yeniliklər tətbiq olunacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. Direktor bildirib ki, Naxçıvanda ilk dəfə IV və VI siniflərdə monitorinqlər aparılacaq: “Eyni zamanda, Naxçıvanda bu ildən etibarən STEAM layihəsinin tətbiqinə başlanılacaq. Həmçinin müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək”.