AZ EN RU

DİN: Ötən iki gün ərzində 35 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Avqustun 10-da və 11-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə

aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Nəşr edilib : 12.08.2024 10:21