AZ EN RU

DİN: Ötən gün 1 avtomat və 1 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də polis əməkdaşları paytaxt Bakıda və rayonlarda 1 avtomat silahı, 1 tüfəng, 1 mərmi və 1 ədəd qumbaraatan təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Nəşr edilib : 14.08.2024 10:43