AZ EN RU

DİN: İyulun 22-də 3 tapança, 1 qumbara və 3 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 3 tapança, 1 qumbara, 3 tüfəng, 5 patron darağı və 65 müxtəlif çaplı patron aşkarlayaraq təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

Nəşr edilib : 23.07.2024 10:37