AZ EN RU

Dəmirçi kəndində şəhid ailələri yaşayan və digər kənddaxili yollarda asfaltlanma işləri aparılır

Vətən Müharibəsi şəhidi Sadıqlı  Məmmədhəsən Meydan oğlunun ailə üzvlərinin yaşadığı məhəlləyə və  kənd daxili yollara yeni asfalt örtük salınıb. Kənd daxili yollarda görülən işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub. Sözügedən ərazilərdə torpaq yatağının tikintisi yekunlaşdırıldıqdan sonra avtomobil yollarına 4000 metr yeni asfalt-beton örtüyü döşənərək ümumi istifadəyə veriləcək.Hazırda şəhid ailələrinin yaşadıqları ərazilərdə təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.

Nəşr edilib : 02.08.2024 12:30