AZ EN RU

“Debi” tropik qasırğası şiddətlənib

“Debi” tropik qasırğası şiddətlənib və Florida sahillərinə yaxınlaşır. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Florida və Cənubi Karolinanın bəzi hissələri üçün qasırğa xəbərdarlığı edilib.
Hazırda qasırğa Florida ştatının Tampa şəhərindən təxminən 150 km qərbdə yerləşir və 19 km/saat sürətlə şimala doğru irəliləyir. Küləyin maksimal sürəti 33 m/s-ə çatır.

Nəşr edilib : 05.08.2024 08:09