AZ EN RU

Daha on itkin-şəhidin dəfn mərasimi keçiriləcək

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.

Dövlət Komissiyasından bildiriblər ki, iyulun 11-də Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Usubəli Süleyman oğlu Qarayev, Nemət Musa oğlu Şahmuradov, Zakir Kamran oğlu Usubov Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

İyulun 12-də isə İdris Osman oğlu Baxışov Quba rayonunun Qənidərə kəndində, Muğan Gəray oğlu Əliyev Füzuli rayonunun Çimən kəndində, İmaməddin Əliağa oğlu Əliyev Ağdaş rayonunun Pirəzə kəndində, Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimov Saatlı rayonunun Orta Muğan kəndində dəfn olunacaq.

Nəşr edilib : 09.07.2024 17:41